• Bakı 9° C

    9.65 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

TƏBİB-ə daha bir icazə verildi

CƏMİYYƏT

01 May 2023 | 16:57

TƏBİB-ə daha bir icazə verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin TƏBİB-in nizamnaməsinin təsdiq edilməsi barədə imzaladığı fərmanda bildirilib.

Qeyd olunub ki, TƏBİB ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. TƏBİB bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

TƏBİB öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026