• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Təcili tibbi yardım piyadanı vurub ÖLDÜRDÜ

HADİSƏ

16 Noyabr 2021 | 12:01

Təcili tibbi yardım piyadanı vurub ÖLDÜRDÜ

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə noyabrın 14-ü saat 07 radələrində Zabrat-Maştağa avtomobil yolunun Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Valeh Mahmudov idarə etdiyi “Mercedes Vita” markalı təcili tibbi yardım avtomobili ilə piyada xəttini keçmək istəyən - 1992-ci il təvəllüdlü Pərviz Əsgərovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb, istintaq aparılır.(report.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR