• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Tədris digər dillərdə aparılan bölmələrdə məktəb seçimi bu tarixdə başlayır

CƏMİYYƏT

11 May 2023 | 10:32

Tədris digər dillərdə aparılan bölmələrdə məktəb seçimi bu tarixdə başlayır

İyunun 20-də tədris digər dillərdə aparılan bölmələrdə məktəb seçimi başlayır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

O bildirib ki, proses sentyabrın 14-nə qədər davam edəcək:

Nazirlik rəsmisi söyləyib ki, amma müsahibədən keçmək istənilən məktəbdə yer tapmaq anlamına gəlmir: “Burada sıxlıq və prioritet məsələsi var. Əsas prioritetlər sırasında başqa övladın həmin məktəbdə təhsil alması, yaxud valideynlərdən birinin orada işləməsi, eyni zamanda həmin ərazidə yaşamaq yer alıb. Bu üç prioritetlərdən biri varsa seçim edən şagird həmin məktəbə qəbul edilir”.

Qeyd edək ki, bu gündən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026