• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Təhlükə yaradan sürücü məsuliyyətə cəlb olundu

HADİSƏ

20 Fevral 2024 | 11:28

Təhlükə yaradan sürücü məsuliyyətə cəlb olundu

Yüksək sürətli yolda hərəkət iştirakçılarına təhlükə yaradan daha bir sürücü məsuliyyətə cəlb olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) məlumat yayıb.

Bildirilib ki, Bakı-Qazax avtomobil yolunda “NİSSAN” markalı, 99-FL-748 dövlət qeydiyyat nişanlı avtomobillə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən sürücü - Ucar rayon sakini Qarakişi Kərimov barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

"Qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarını pozulmasına görə təkcə 2023-cü il ərzində 578 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 240 nəfər həlak olub, 604 nəfər isə yaralanıb", - DYP-nin məlumatında qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR