• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Təhsil Nazirliyindən VACİB MƏLUMAT: - Birinci sinfə şagird qəbulu...

CƏMİYYƏT

15 May 2022 | 20:05 | Müəllif: Qalib İbrahimoğlu

Təhsil Nazirliyindən VACİB MƏLUMAT: - Birinci sinfə şagird qəbulu...

Sosial şəbəkələrdə orta məktəblərə 1-ci sinfə elektron qaydada qəbulla bağlı çətinliklərin yaşandığı iddia edilir. Bildirilir ki, portalda qeydiyyat aktivləşdiriləndən bir neçə dəqiqi sonra yerlər dolub. Ona görə də bəzi valideynlər övladları üçün məktəb seçimi edə bilməyiblər.

Bəs qəbul prosesində iddia edilən bu çətinlik nədən qaynaqlanıb? Övladları üçün məktəb seçə bilməyən valideynlər nə etməlidirlər?

Bakıvaxtı.az xəbər verir ki, məsələyə Təhsil Nazirliyi aydınlıq gətirib. 

Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin böyük məsləhətçisi Gülüstan Cəfərova "Xəzərxəbər"ə bildirib ki, Azərbaycan bölməsi üzrə əvvəlcə 2021-2022-ci tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların təhsil aldıqları ümumi təhsil müəssisəsində 1-ci sinfə yerləşdirilməsi aparılıb. Buna görə də çox az miqdarda yer qalıb.

Onun sözlərinə görə, qeydiyyatdan keçə bilməyən digər valideynlərə də şərait yaradılacaq.

Gülüstan Cəfərəova əlavə edib ki, tədrisi digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibəyə qeydiyyat mayın 30-na qədər davam edəcək. Müsahibədən uğurla keçmiş uşaqlar üçün məktəb seçimi prosesi 11 iyun tarixindən aktivləşdiriləcək. Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu mayın 4-də başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026