• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Temperatur günü-gündən yüksələcək - RƏSMİ

CƏMİYYƏT

30 May 2022 | 19:28 | Müəllif: Subhan Mahmudov

Temperatur günü-gündən yüksələcək - RƏSMİ

İyun ayının əvvəllərində ölkə ərazisində hava şəraiti sabit, əksər rayonlarda yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Cənub istiqamətli külək əsəcək.

Havanın temperaturu günü-gündən yüksələrək, Bakıda və Abşeron yarımadasında 28-33°, Mərkəzi Aran rayonlarında 30-35°, dağlıq rayonlarda isə 18-23° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR