Ölkəmizin milli yeməkləri sırasında yer alan yeməklərdən biri də yarpaq dolmasıdır. Lakin bu yeməyin ərsəyə gəlməsində əsas mərhələ yarpağın saxlanılmasıdır. Bəzən evdar xanımlar üzüm tənəyini uzun müddət saxlaya bilmir, bunun nəticəsində yarpaq vaxtından tez xarab olur, yaxud əzilir.
Bakıvaxtı.az xəbər verir ki, qışa hazırlıq ərəfəsində mütəxəssislər üzüm tənəyini saxlamağın ən rahat versiyasını təqdim ediblər.
Dolmanın dadlı alınması üçün onun əti və ədviyyatları kimi yarpağı da əhəmiyyətli rola malikdir. İlin istənilən fəslində ləzzətli dolma yemək üçün üzüm yarpaqlarını bu şəkildə saxlamaq lazımdır. Bunun üçün xanımlara lazım olan ərzaqlar bunlardır: limon duzu, duz, təzə üzüm yarpaqları, su, şüşə banka.
Əvvəlcə təzə üzüm yarpaqlarını yuyun və saplarını kəsin. Yarpaqları qaynar suda 2-3 dəqiqə qaynadın. Qaynadılmış yarpaqları soyuq suda isladın və hopmasına icazə verin. Soyudulmuş yarpaqları süzün və bir qaba qoyun. Sonra limon suyu və duz əlavə edib qarışdırın. Bankaları qaynar suda sterilizasiya edin. Sonra yarpaqları sıx bir şəkildə bankaya qoyun. Üzərinə su əlavə edib tərs çevirin. Bankanı soyuq və qaranlıq yerdə saxlayın.
Xəyalə Rza



-670x570jpeg-1694519450.jpeg)













