• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Tərəflərdən biri yox olana kimi müharibə davam edəcək

SİYASƏT

11 Dekabr 2023 | 16:06 | Müəllif: Qalib İbrahimoğlu

Tərəflərdən biri yox olana kimi müharibə davam edəcək

Qəzza zolağında HƏMAS-ın idarəetmə sistemi çökməyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi deyib. Halevi bildirib ki, hər gün daha çox terrorçunun öldürüldüyü, daha çox terrorçunun yaralandığını müşahidə olunur. Son günlərdə isə terrorçuların təslim olmasını görürük.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud da deyib ki, Amerika Qəzza zolağında dərhal atəşkəs çağırışlarını dəstəkləmir, çünki bu, növbəti müharibənin toxumlarını səpəcək: "Birləşmiş Ştatlar həm israillilərin, həm də fələstinlilərin təhlükəsiz yaşaya biləcəyi davamlı sülhü qəti şəkildə dəstəkləsə də, biz dərhal atəşkəs çağırışlarını dəstəkləmirik. Bu, yalnız növbəti müharibənin toxumlarını səpəcək, çünki HƏMAS qalıcı sülh və ikidövlətli həll görmək istəmir”.

Politoloq Azər Qasımov Bakıvaxtı.az-a bildirib ki, davam edən İsrail-HƏMAS müharibəsinə mahiyyət etibarilə təkcə iki xalqın tarixi və əbədi qarşıdurması kimi yox, eyni zamanda beynəlxalq aləmdə formalaşmış güc amilinin həlledici olması reallığından baxmaq lazımdır

Ekspert diqqətə çatdırıb ki, İsrail güclü tərəf kimi ona edilmiş hücuma qeyri-adekvat və hədsiz dərəcədə aşırı güc tətbiq etməklə Qəzzada bir daha özünə təhdid olmayacaq vəziyyətə nail olmağa çalışır: "Elə mənzərə yaranıb ki, sanki tərəflərdən biri yox olana kimi müharibə davam edəcək. İsrailin istəyinə görə HƏMAS birfədəlik bitməlidir. Hesab edirəm ki, bu da olacaq. Çünki bunu tək İsrail yox, ətraf ərəb ölkələrinin əksəriyyəti də istəyir. Ona görə də İsrail əmin hərəkət edir”.

Azər Qasımov: İsrail istəyinə nail olarsa, Yaxın Şərqdə stabilliyin yaranacağı mütləq olacaq

“Təbii ki, sivil insan ölümləri məsələnin acı tərəfidir” deyən müsahibimiz hesab edir ki, indiki müharibə bəlkə də gələcəkdə sivillərin ölümünün qarşısını alacaq. Problem tərəflərdən birinin məğlub olması ilə nəticələnsə də, yerdə qalan insanlar HƏMAS-dan qurtulsalar və yerlərini dəyişsələr, həyat onlar üçün daha sakit və təhlükəsiz olacaq. Əlbəttə, bu, nisbi anlayışdır, amma reallıq budur”.

Bununla beıə, onun fikrincə, problemin həlli tam şəkildə mümkün deyil: “İsrail istəyinə nail olarsa, Yaxın Şərqdə stabilliyin yaranacağı mütləq olacaq. Ən azı Qəzza zolağı adlanan ərazidə..."

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026