• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Terrorda şübhəli bilinən 19 nəfər HƏBS EDİLDİ

DÜNYA

02 May 2023 | 14:32

Terrorda şübhəli bilinən 19 nəfər HƏBS EDİLDİ

Qazaxıstan xüsusi xidmət orqanları terror əməllərində şübhəli bilinən 19 nəfəri həbs edib.

Bakıvaxtı.az Qazaxıstan Prezident Aparatının (Ak Orda) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Prezident Kasım-Jomart Tokayevlə ölkənin Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Saqimbayevin görüşündən sonra məlumat verilib.

Həmçinin qeyd olunub ki, dövlət sərhədinin mühafizəsi sahəsində xüsusi təyinatlılar tərəfindən 6 987 sərhəd pozucusu saxlanılıb.

Saqimbayev görüşdə bildirib ki, Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları bir sıra terror cinayətlərinin, o cümlədən insanların sıx toplaşdığı yerlərdən birində əldəqayırma partlayıcıdan istifadə etməklə terror aktının qarşısını alıb.

Bildirilib ki, bununla yanaşı, xarici dövlətlərin xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətinin qarşısını almaq üçün əməliyyatlar həyata keçirilib və aşkar edilmiş bəzi faktlar üzrə ibtidai araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026