• Bakı 22° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Dünyadaki yeganə taxta avtomobil satışdadır

DÜNYA

01 Iyun 2023 | 14:11

Dünyadaki yeganə taxta avtomobil satışdadır

Fransız avtomobil istehsalçısı bütünlüklə ağacdan ibarət olan avtomobil hazırlayıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hazırlanması 5000 saat çəkmiş avtomobil indi hərracda satılacaq.

Bu avtomobil dünyada unikaldır. Tamamilə ağacdan hazırlanan avtomobil iyulun 4-də satışa çıxarılacaq.

Avtomobili istehsal edən Mişel Robillard avtomobili 5000 saat ərzində hazırladığını, 150-200 min avroya satmağı planlaşdırdığını deyib.

Avtomobilin istehsalı 2011-ci ildə Dünya Atletika Çempionatı üçün başlayıb. İlk dəfə 2017-ci ildə çempionatda nümayiş etdirilib, o vaxtdan bəri sərgilənir. Avtomobil satılacaq, lakin onun istehsalçısı Robillard üçün avtomobil əvəzolunmazdır.

Ay Tac


SON XƏBƏRLƏR

19 Aprel 2024