• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Titanik”də yazılan məktub şok qiymətə satıldı

DÜNYA

01 Iyul 2023 | 10:49

“Titanik”də yazılan məktub şok qiymətə satıldı

“Titanik” gəmisində olan sərnişinlərdən birinin yazdığı məktub Uruqvayda keçirilən hərrac zamanı 12 min dollara satılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “EFE” agentliyi yayıb.

1912-ci il 11 aprel tarixli bu məktubu uruqvaylı Ramon Artaqaveytiya Qomes öz qardaşına yazıb. Məktub “Titanik” gəmisinin Atlantik okeanına yola düşməzdən əvvəl son dayanacağını etdiyi İrlandiyadan göndərilib.

Məktubu alan şəxsin adı açıqlanmayıb.

Qeyd edək ki, “Titanik” gəmisi 1912-ci ilin aprelin 14-dən 15-nə keçən gecə batıb. Hadisə nəticəsində gəmidə olan 2224 nəfərdən 1513-ü həlak olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026