• Bakı 18° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Türkiyədə prezident seçkilərinin yekun nəticələri AÇIQLANDI - YENİLƏNİB

DÜNYA

01 Iyun 2023 | 12:45

Türkiyədə prezident seçkilərinin yekun nəticələri AÇIQLANDI - YENİLƏNİB

Türkiyədə prezident seçkilərinin yekun nəticələri açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

Qeyd olunub ki, “Cümhur İttifaqı"ndan prezidentliyə namizəd, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib.

“Millət İttifaqı"ndan prezidentliyə namizəd, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu isə 47,81 faiz səs toplayıb.

 

09:19

Bu gün Türkiyədə Prezident seçkilərinin yekun nəticələri açıqlanacaq.

Bakıvaxtı.az TRT Haber-ə istinadən xəbər verir ki, Türkiyə Ali Seçki Komissiyası (YSK) bu gün Prezident seçkilərinin ikinci turunun yekun nəticələrini açılayacaq.

Qeyd edək ki, Türkiyədə mayın 28-də keçirilən prezident semkilərinin 2-ci turunda "Cümhur" ittifaqının namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,14%, "Millər" ittifaqının namizədi. XCHP lideri Kamal Kılıçdaroğlu isə 47,86% səs qazanıb.


SON XƏBƏRLƏR

26 Aprel 2024