• Bakı 20° C

    6.54 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Ərdoğanın and içəcəyi TARİX AÇIQLANDI

DÜNYA

01 Iyun 2023 | 14:02

Ərdoğanın and içəcəyi TARİX AÇIQLANDI

Rəcəb Tayyib Ərdoğanın Türkiyənin 13-cü prezidenti kimi and içəcəyi tarix açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də and içəcək.

Qeyd edək ki, mayın 28-də keçirilən seçkinin ikinci turunda “Cümhur İttifaqı"ndan prezidentliyə namizəd, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib.

“Millət İttifaqı"ndan prezidentliyə namizəd, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu isə 47,81 faiz səs toplayıb.

İsmayıl Alısoy


SON XƏBƏRLƏR

24 Aprel 2024