• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Tiktok, Telegram və 1XBET istifadəsi ləğv edilir

DÜNYA

21 Avqust 2023 | 11:51

Tiktok, Telegram və 1XBET istifadəsi ləğv edilir

Milyonlarla izləyicisi olan Tiktok, Telegram və 1XBET-in istifadəsi Somalidə dayandırılır.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Somali Rabitə və Texnologiya Nazirliyi qərar qəbul edib.

Məlumata görə, nazirlikdə konfrans təşkil olunub. İclasda Somalili gənclərin həyatına mənfi təsir göstərən və hətta ölümlərə səbəb olduğu iddia edilən Tiktok, Telegram və 1XBET platformalarının bağlanmasının vacibliyi qərara alınıb. 

Açıqlama zamanı gənclərin və qadınların çoxluq təşkil etdiyi bu platformaların “əxlaqsız vəziyyətlər nümayiş etdirdiyi” də xüsusilə, vurğulanıb

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026