• Bakı C

    3.89 m/s

  • USD - 1.7

    EUR - 2.0243

    RUB - 2.2016

"TikTok"da sözlü mübahisə qanla yekunlaşdı 

CƏMİYYƏT

10 Fevral 2026 | 16:53

TikTokda sözlü mübahisə qanla yekunlaşdı 

"TikTok" sosial şəbəkəsində söyüşə görə əks tərəfi öldürməyə cəhddə təqsirləndirilən Töhrad Quliyev və Cavad Bayramovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bakıvaxtı.az-ın Unikal-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cavad Bayramov ifadə verib. 

Təqsirləndirilən şəxs Cavad Bayramov bildirib ki, dava edənlərdən Sadiq Zeynalov və Nicata Sadiqlini ayıran zaman Rövşən adlı şəxs ona ailə söyüşü söyüb və bıçağa əl atıb. 

Təqsirləndirilən şəxs ifadəsində onu da bildirib ki, törətdiyi əməldən peşmandır və ərərçəkmişləri istəyərəkdən bıçaqlamayıb. 

Məhkəmənin növbəti iclası martın 3-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2024-cü ilin martında Nəsimi rayonu Moskva prospektində 96 nömrəli məktəbin qarşısında yerləşən parkda baş verib. 

Belə ki, təqsirləndirilən şəxslər Tiktok sosial şəbəkəsində sözlü mübahisədən sonra görüş təyin edirlər. Daha sonra mübahisə dava dalaşa çevirilib və bıçaqlanma hadisəsi baş verib. 

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham irəli sürülüb. 


SON XƏBƏRLƏR