• Bakı 21° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Timsah hücumu ilə bağlı xəbərdarlıq edildi

DÜNYA

22 Aprel 2024 | 11:14

Timsah hücumu ilə bağlı xəbərdarlıq edildi

Birləşmiş Ərəb Əmirlikləri və Omandan sonra İranda da fırtına baş verib.

Bakıvaxtı.az İran mediasına istinadən xəbər verir ki, təbii fəlakət ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan, eləcə də Hörmüzqan vilayətlərində fəsadlara səbəb olub. 

Bildirilir ki, Sistan və Bəlucistanda sel səbəbindən dəmir yolunda çalışan 3 işçi həlak olub. 

Bununla yanaşı, Sistan və Bəlucistanda səlahiyyətli şəxslər timsahların sel səbəbi ilə təbii yaşayış yerlərini tərk etdiyini açıqlayıb və şəhərlərdə peyda ola biləcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib. Vilayət sakinlərindən sel suları tamamilə çəkilənə qədər bataqlıq ərazilərdən kənar durmaq tələb olunub.  

Qeyd edək ki, elmi adı Crocodylus palustris olan və bataqlıq ərazidə yaşayan bu timsahlara əsas olaraq İranın cənubunda və Hindistanda rast gəlinir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026