• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Topçu Vüsal DANIŞDI: “Məndən erməni əsgəri düzəldiblər”

CƏMİYYƏT

21 Fevral 2023 | 16:41

Topçu Vüsal DANIŞDI: “Məndən erməni əsgəri düzəldiblər”

“Ermənidən bundan artıq nə gözləmək olar? Ermənilərin xisləti budur. Tarixboyu başqasının torpağını, mətbəxini, musiqisini, rəqsini oğurlayıb öz adına çıxan ermənilərdən nə gözləməliyik? Bunu hər birimiz yaxşı bilirik. Erməni xisləti dəyişmr, bu dəfə mənim topla olan şəklimi özlərinin pankartına çeviriblər, məni öz əsgərləri ediblər”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Vətən Müharibəsində topçu Vüsal kimi məşhurlaşan əsgər Vüsal Şahkərimov  deyib.

Vətən Müharibəsinin məşhur siması topçu Vüsalı baş verən insident çox hiddətləndirib:

"Sosial şəbəkələrdə bunu gördüm, dost-tanışdan zənglər gəldi ki, ermənilər sənin şəklini paylaşaraq, səni öz əsgərləri kimi qələmə veriblər. Hirsləndim, amma sonra düşünfdüm ki, erməni xisləti budur, neynəsinlər, özlərində bir dənə fərli əsgər oldu ki? Məcburdular buradada da bizdən oğurlasınlar”.

Vüsalın sözlərinə görə, hətta erməni lobbisinin güclü olduğu Fransada da onun şəklinin reklamından pul toplayıblar:

“Özünün sinəsinə döyənlər var ey xaricdə, ədalət, demokratiya axtarırlar, qoy bu məsləni qaldırıb bir dəfə də bizim xeyrimizə danışsınlar, çıxsınlar oradakı ermənilərin qabağına, desinlər ki, bu bizim əsgərimizdir. Avropa fakt deyə bağırmır, göstərsinlər o frasızlara ki, baxın bu da erməni xisləti, həmişə belə oğurlayırblar bizdən. Bundan yaxşı fakt olar?”

Topçu Vüsal Azərbaycan cəmiyyətinin və əlaqədar qurumların da bu faktı beynəlxalq qurumların nəzərinə çatdırmasını istəyib.  /Bizim.media


Topçu Vüsal DANIŞDI: “Məndən erməni əsgəri düzəldiblər”
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026