Tovuzda avtomobil yanıb.
Bakıvaxtı.az-ın FHN-ə istinadən məlumatına görə, hadisə rayonun Düz Qırıqlı kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 80 m² olan talvarın altında dayanan "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və qismən salonu yanıb. Yüksək temperaturdan talvarın lambirindən ibarət tavanı 1 m² sahədə əriyib. Avtomobilin və talvarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















