Tovuz rayonunun Xatınlı kəndində evlərin birində qızdırıcı partlayıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində kənd sakini 1996-cı il təvəllüdlü Aytəkin Abbasova bədənin 2-3-cü dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır./qafqazinfo
















