• Bakı 26° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Buzovnada qumbara tapılıb - VİDEO

HADİSƏ

29 Fevral 2024 | 09:50

Buzovnada qumbara tapılıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

    Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

    Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

    Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

     


    Buzovnada qumbara tapılıb - VİDEO
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    12 Sentyabr 2026