• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

“Traktordan yerə düşsəm də, ermənilər..."

CƏMİYYƏT

20 Sentyabr 2023 | 15:01

“Traktordan yerə düşsəm də, ermənilər..."

“Ağdam şəhərində bərpa işləri aparan şirkətdə çalışıram. Ötən gün ermənilər işlədiyim texnikanı top mərmisi ilə atəş tutdular. Nəticədə qəlpə yaraları aldım”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri ötən gün Ermənistanın terroru nəticəsində yaralanan Ağdam rayonunun Baş Qərvənd kəndinin sakini Mehman Həsənov deyib.

“Bir müddətdir ki işğaldan azad edilmiş Ağdam şəhərində quruculuq işləri ilə məşğul olurdum. Ötən gün çalışan zaman qəflətən traktorun silkələnməsini hiss etdim. Texnikanı saxladım və aşağı düşmək istəyəndə ayağımda uyuşma hiss etdim”, - deyə o qeyd edib.

M.Həsənov traktordan yerə düşsə də, ermənilərin atəşi davam etdirdiyini bildirib: “Qolumdan da yaralandım və daha sonra nələrin baş verdiyindən xəbərim olmadı”.

Qeyd edək ki, M.Həsənov Ağdam Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti stabildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026