• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Tramp onların da məxfi məlumatlara girişini LƏĞV ETDİ

DÜNYA

22 Mart 2025 | 13:55

Tramp onların da məxfi məlumatlara girişini LƏĞV ETDİ

ABŞ prezidenti Donald Tramp keçmiş vitse-prezident Kamala Harris, keçmiş dövlət katibi Hillari Klinton və bir sıra digər şəxslərin məxfi məlumatlara giriş icazələrini ləğv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Tramp onlardan əvvəl keçmiş prezident Co Baydenin də məxfi məlumatlara giriş icazəsini ləğv edib.

Respublikaçı prezident 2016-cı il prezident seçkilərində Klintonu, keçən ilki seçkidə isə Harrisi məğlub etmişdi.

"Mən müəyyən etmişəm ki, məxfi məlumatlara giriş artıq buşəxslərin milli maraqlarına uyğun deyil", - Tramp deyib.

O bu siyahıya keçmiş dövlət katibi Antoni Blinkenin də daxil olduğunu qeyd edib.

2021-ci ildə ABŞ-ın o vaxtkı prezidenti Co Bayden Tramp üçün məxfi məlumatlara girişi ləğv etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026