• Bakı 15° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Tramp onların həbsini TƏLƏB ETDİ

DÜNYA

09 Oktyabr 2025 | 00:01 | Müəllif: Subhan Mahmudov

Tramp onların həbsini TƏLƏB ETDİ

ABŞ Prezidenti Donald Tramp Çikaqo şəhərinin meri və İllinoys ştatının qubernatoru olan demokratların həbs edilməsini tələb edib. O, bu addımı onların ABŞ Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin əməkdaşlarını qeyri-qanuni miqrantlara qarşı aparılan kampaniya zamanı hücumlardan qorumaqda acizlik göstərmələri ilə izah edib.

Bakıvaxtı.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Tramp sosial şəbəkə hesabında Çikaqo meri Brendon Consonu və İllinoys qubernatoru C.B.Pritskeri Çikaqoda fəaliyyət göstərən immiqrasiya xidməti əməkdaşlarını müdafiə edə bilməməkdə günahlandırıb.

Xəbərdə bildirilir ki, Texas Milli Qvardiyasının yüzlərlə əsgəri İllinoys ştatında, Çikaqo yaxınlığındakı hərbi bazada toplaşıb. Bu, Pritsker, Conson və ştatdakı digər demokrat liderlərin etirazlarına baxmayaraq baş verib.

Tramp, həmçinin ABŞ-ın digər şəhərlərində də hərbi qüvvələri yerləşdirməklə hədələyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026