• Bakı 12° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Tramp: Putinlə geniş söhbətimiz olacaq 

DÜNYA

10 Fevral 2025 | 10:42

Tramp: Putinlə geniş söhbətimiz olacaq 

Amerika prezidenti Donald Tramp münasib vaxtda Rusiya dövlətinin başçısı Vladimir Putinlə görüşün mümkünlüyünə inanır və gələcəkdə onunla telefon danışıqlarına da ümid edir.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bunu jurnalistlərə deyib.

O, Luizianaya gedərkən təyyarədə KİV nümayəndələrinin suallarını cavablandırıb: “Düşünürəm ki, mən Putinlə lazımi anda görüşəcəm”.

20 yanvar 2025-ci il tarixindəki andiçmə mərasimindən əvvəl və ya sonra Putinlə telefon danışığı olub-olmaması ilə bağlı suala Tramp birmənalı cavab verməyib.

O, “Putinlə geniş söhbət olacağını gözləyirəm" deyib.

Ukraynadakı münaqişədən danışan Tramp vurğulayıb: “Biz bunu dayandırmalıyıq. Tezliklə buna son qoymalıyıq”.


SON XƏBƏRLƏR