• Bakı C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Uşakov: Tramp və Putinin gələn həftə görüşü çətin ki, baş tutsun - YENİLƏNİB

DÜNYA

18 Fevral 2025 | 16:34

Uşakov: Tramp və Putinin gələn həftə görüşü çətin ki, baş tutsun - YENİLƏNİB

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşünün gələn həftə baş tutması ehtimalı azdır, lakin bunun üçün şərtlər müzakirə olunub.

Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onların görüşünün təşkili üçün iki ölkənin nümayəndə heyətlərinin sıx işi lazımdır.

"Biz razılaşdıq ki, Rusiya və ABŞ danışıqlar qrupları Ukrayna üzrə təmaslara girəcəklər. Rusiya Prezidenti Vladimir Putin özü qərar verəcək ki, ABŞ ilə Ukrayna üzrə əlaqələr nə vaxt başlayacaq", - o qeyd edib.

***

16:10

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin növbəti həftə ərzində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə iddia ilə “Bloomberg“ çıxış edib.

    Bildirilib ki, həmin tarixə qədər onlar arasındakı müzakirələr üçün zəmin hazırlanacaq, daha sonra isə həmin tarixi danışıqlar baş tutacaq.

    Bu arada ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Brüs deyib ki, Mark Rubionun son günlərdə apardığı müzakirələr rəsmi Moskvanın niyyətində səmimi olub-olmadığını müəyyənləşdirmək məqsədi daşıyır.

    Qeyd edək ki bir müddət əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin iştirakı olmadan aparılan istənilən danışıqların nəticələrini tanımayacağaını açıqlayıb.


    SON XƏBƏRLƏR