• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yaralıların çoxu gözümüzün önündə ölürdü - Türk həkimin Qəzzada gördüyü DƏHŞƏTLƏR

DÜNYA

05 Aprel 2024 | 10:03

Yaralıların çoxu gözümüzün önündə ölürdü - Türk həkimin Qəzzada gördüyü DƏHŞƏTLƏR

Yardım üçün  Diyarbəkirdən  Qəzzaya gedən türkiyəli həkim Dr. Taner Kamacı ölkəsinə qayıdıb.

Bakıvaxtı.az xəbər verir ki, o, Diyarbəkirdə böyük coşğu ilə qarşılanıb. Taner Kamacı Qəzza ilə bağlı təəssüratlarını “Sabah Gazetesi”nə danışıb.

Qəzzadakı faciənin göstərildiyindən daha böyük olduğuna diqqət çəkən Kamacı, onların Türkiyədən gözləntilərinin indi daha böyük olduğunu bildirib:

“Beynəlxalq təşkilatla 25 nəfərlik heyətlə Qəzzaya getdik. Türkiyədən tək mən idim, digərləri Avropadan gəlmişdilər. Onlar mənə daha çox maraq göstərdilər. Qəzza ekranlarda göründüyündən daha çox qırğın və dağıntı ilə üz-üzə qalıb. İşıq, su, ev yoxdur. Qəzzanın şimalı viran qalıb, cənubundakı ən böyük şəhər Xan Yunisdəki evlərin yarıdan çoxu dağılıb. Evləri hələ də dağılmamış olanlar da qorxusundan evlərinə girə bilmirlər".

Qəzzadan qayıdan türk həkim gördüklərini belə danışdı: Bir sözlə soyqırım var

Onun sözlərinə görə, ailələr xəstəxanaların ətrafında və içərisində yaşayır: “Xəstəxanaların pilləkənlərində belə 5-6 uşaqlı ailə yaşayır. Dağıdılmamış 2-3 xəstəxana qalıb, əməliyyat üçün isə cəmi 1-2 xəstəxana var.

Bəzi günlərdə dağıntılar altından eyni vaxtda 50-60 yaralı gətirilirdi.

Hamısının vəziyyəti ağır olsa da, onların arasından ancaq bəzilərini seçib əməliyyat etdirə bilirdik. Əməliyyat otağı olmadığı üçün bəziləri gözümüzün önündəcə ölürdü. Tibb işçiləri olaraq bu bizim üçün çox ağrılı idi.  

Bir sözlə Qəzzada soyqırım var! "İnsanlardan Türkiyədən və dünyadan nə istəyirsiniz" deyə soruşduqda, ”Yardım göndərirsiniz, amma müharibənin dayandırılmasını istəyirik” deyirdilər.

Oradakı insanların yalnız sağlamlığı yaxşılaşdırmaq və çörək göndərməklə heç nə həll olmur. Orada nə su, nə gigiyena, nə də tualet var. Yüzlərlə insan tualetin qarşısında növbə gözləyir.

Qəzzadan qayıdan türk həkim gördüklərini belə danışdı: Bir sözlə soyqırım var

Yəni bu, bəşəriyyətin qəbul edə biləcəyi bir şey deyil.

Həm ölkəmizi idarə edənlərə, həm də dünyadakı bütün ölkə idarəçilərinə müraciət etmək istərdim. İndi edə biləcəyiniz ən böyük yaxşılıq bu müharibəni dayandırmaq üçün addım atmaqdır.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026