Türkiyədə son sutkada COVID-19-dan 176 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, son sutkada 351 253 nəfər test edilib, onların 18 762-nin nəticəsi pozitiv çıxıb.
"Son 24 saatda COVID-19-dan 24 497 nəfər sağalıb", - deyə F,Qoca bildirib

















