Tanınmış jurnalist Azər Rəşidoğlu uzunmüddətli müayinə və müalicədən sonra Türkiyədən Azərbaycana dönüb.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə o, sosial çəbəkəd payıaşım edib.
Onun sözlərinə görə, 2 həftəyə yenidən Türkiyəyə gedəcək.
Jurnalist qeyd edib ki, ilk mərhələ uğurlu olub, ən müxtəlif analizlərin verilməsi və müalicənin başlanması vaxt aparıb:
“Dövlətimiz sağ olsun, məni yalnız buraxmır. Bu qədər insanın sevgisini və duasını, narahatlığını gözləmirdim. Allah hamınızdan razı olsun. Hər kəs mənim problemimi öz doğmasının problemi hesab etdi və hər addımı nəzarətdə saxladı. Mediadakı həmkarlarımız bu məsələni gündəmdəmdən düşməyə qoymadı. Uzun çəkən bir savaşda birlikdəyik. İnşallah, birlikdə sevinəcəyik. Azərbaycan - çox yaşa!..”
Nərgiz Məmmədli