• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyədə mütəşəkkil cinayətkar qruplaşma çökdürüldü - VİDEO

DÜNYA

26 Mart 2024 | 20:38 | Müəllif: Subhan Mahmudov

Türkiyədə mütəşəkkil cinayətkar qruplaşma çökdürüldü - VİDEO

Türkiyədə polisin keçirdiyi əməliyyat zamanı mütəşəkkil cinayətkar dəstə çökdürülüb.

Bakıvaxtı.az xəbər verir ki,bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədəki səhifəsində məlumat verib.

Qeyd olunub ki, Tuncelidə eyni vaxtda keçirilən “Mahzen-20” əməliyyatları zamanı qruplaşmanın lideri Serdar Alp da daxil olmaqla 12 şübhəli saxlanılıb.

Nazir ölkəni mütəşəkkil cinayətkar dəstələrdən təmizləməkdə qərarlı olduqlarını bildirib.

“Əziz millətimizin bilməsini istəyirəm ki, biz ölkəmizi mütəşəkkil cinayətkar təşkilatlardan və dəstələrdən təmizləmək əzmindəyik. Böyüklüyündən asılı olmayaraq, mütəşəkkil cinayətkar təşkilatlarını məhv edib, onları ədalətə təslim edəcəyik”, - deyə A.Yerlikaya vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026