• Bakı 20° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Türkiyədəki aksiyalarda 343 nəfər saxlanıldı

DÜNYA

22 Mart 2025 | 20:00

Türkiyədəki aksiyalarda 343 nəfər saxlanıldı

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun saxlanılması fonunda Türkiyədə keçirilən etiraz aksiyaları zamanı 343 nəfər saxlanılıb.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, şübhəlilər İstanbul, Ankara, İzmir, Adana, Antalya, Çanaqqala, Əskişəhər, Konya və Ədirnədə keçirilən etiraz aksiyalarında saxlanılıb.

Ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında etirazlarla bağlı açıqlama yayıb:

"İctimai asayişi pozmağa çalışan, millətimizin əmin-amanlığını və təhlükəsizliyini təhdid edən, xaos və təxribat axtaranlara heç vaxt imkan verilməyəcək və qətiyyən dözüm göstərilməyəcək. Asayişimizin, təhlükəsizliyimizin təminatçısı olan polis əməkdaşlarımız gecə-gündüz növbətçiliyindədir".


SON XƏBƏRLƏR

08 May 2025