• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyəli atletlər İlham Əliyevlə xanımına belə təşəkkür etdilər - VİDEO

CƏMİYYƏT

17 Aprel 2023 | 13:13

Türkiyəli atletlər İlham Əliyevlə xanımına belə təşəkkür etdilər - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr edən türkiyəli atletləri təbrik etmişdilər.

Bakıvaxtı.az xəbər verir ki, İTV-yə danışan Ağır atletika üzrə Avropa çempionu Cansu Bektaş və Ağır atletika üzrə Avropa çempionatının gümüş medal sahibi Qamze Altun Azərbaycan dövlət başçısına və xanımına təşəkkürlərini çatdırıblar:

“Buradan bizə təşəkkürünü çatdıran dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyevaya çox təşəkkür edirik.

Biz medallarımızı Azərbaycana qarşı burada sərgilənən pis davranış – bayrağın yandırılması səbəbindən azərbaycanlı qardaşlarımıza ərmağan etdik. Sizləri çox sevirik və hər zaman yanınızdayıq”.

Qeyd edək ki, İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatında türkiyəli idmançılar 45 kq-da fəxri kürsüdə Cansu Bektaş qızıl, Qamze Altun isə gümüş medal qazanıb. Onlar bu qələbəni Azərbaycan idmançılarına həsr etdiklərini açıqlayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026