• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkmənistanın yeni səfiri Şuşaya gedib

SİYASƏT

22 Avqust 2022 | 14:27 | Müəllif: Subhan Mahmudov

Türkmənistanın yeni səfiri Şuşaya gedib

Türkmənistanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov Şuşaya gedib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəsi Aydın Kərimov tviter səhifəsində yazıb.

"Türkmənistanın Azərbaycana yeni təyin olunmuş səfiri cənab Qurbanməmmet Elyasov Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya ilk səfərini edib. Səfir şəhərin tarixi yerləri ilə tanış olub, ona aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verilib", - paylaşımda qeyd olunub.

Türkmənistanlı diplomat işğal dövründə Şuşanın tarixi-memarlıq abidələrinə vurulmuş ziyan barədə də məlumatlandırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026