"Yaxın zamanlarda “TURKOVAC” vaksininin Azərbaycanda sınaqlarına başlanılması nəzərdə tutulur".
Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
Nazirin sözlərinə görə, vaksin hazırda Türkiyədə üçüncü mərhələdə sınaqlardadır.
T.Musayev onu da deyib ki, Azərbaycan tərəfindən də saziş imzalanıb və bu yaxınlarda həmin vaksinlərin Azərbaycanda da kliniki sınaqlarının başlanması nəzərdə tutulur.
















