• Bakı 22° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

“Türktransplant” sistemi yaradılacaq

CƏMİYYƏT

08 Oktyabr 2024 | 14:02

“Türktransplant” sistemi yaradılacaq

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirləri orqan və toxuma transplantasiyası üzrə məlumat və təcrübə mübadiləsinə imkan verəcək “Türktransplant” sisteminin yaradılması ilə bağlı niyyət protokolu imzalayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şuşada keçirilən TDT-yə üzv ölkələrin Səhiyyə Nazirlərinin iclasında bildirilib.

İclasda çıxış edən Səhiyyə naziri Teymur Musayev bildirib ki, TDT-yə üzv və müşahidəçi ölkələr arasında vahid tibb elmi sahəsinin yaradılması, birgə elmi tədqiqatların aparılması və vahid tibb təhsili standartlarının müəyyən edilməsini birgə fəaliyyətlərinin əsas istiqamətləridir.

Görüşdən sonra nazirlər TDT çərçivəsində orqan və toxuma transplantasiyası ilə bağlı məlumat, təcrübə mübadiləsinə imkan verəcək “Türktransplant” sisteminin yaradılması ilə bağlı niyyət protokolunu imzalayıblar.

Əli Hüseynov


SON XƏBƏRLƏR