• Bakı 12° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ucarda avtomobil qəzası: Xəsarət alanlar var

HADİSƏ

03 Iyul 2022 | 20:24 | Müəllif: Qalib İbrahimoğlu

Ucarda avtomobil qəzası: Xəsarət alanlar var

Ucarda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın apa-ya istinadla xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonunun Alpout kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan qoşqulu traktor ilə “Opel” markalı minik maşınını toqquşub. Hadisə nəticəsində Bakı şəhər sakinləri - 1972-ci il təvəllüdlü Ofeliya Səlim qızı Məmmədli, 1980-cı il təvəllüdlü Vüsalə Taleh qızı Bayramova və 2006-cı il təvəllüdlü Ləman Faiq qızı Bayramova müxtəlif xəsarətlərlə Ucar rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR