• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Ucarda yol qəzası: Xəsarət alanlar var - YENİLƏNİB

HADİSƏ

31 Yanvar 2023 | 16:48 | Müəllif: Qalib İbrahimoğlu

Ucarda yol qəzası: Xəsarət alanlar var - YENİLƏNİB

Ucarda baş verən yol qəzasında 5 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün rayonun Elnur Hacıyev küçəsində qeydə alınıb. Ucar rayon sakini, 1998-ci il təvəllüdlü Musa Elxan oğlu Seyidovun idarə etdiyi "VAZ 21012" markalı minik maşını ilə, 1983-cü il təvəllüdlü Asif İbrahimxəlil oğlu Kərimovun idarə etdiyi "QAZ-53" markalı yük maşını toqquşub. Nəticədə "VAZ"ın sürücüsü M. Seyidov, sərnişinləri - 2001-ci il təvəllüdlü Xədicə Elşad qızı Seyidova, 2020-ci il təvəllüdlü Gülay Vahid qızı Seyidzadə, 2004-cü il təvəllüdlü Mədinə Rafiq qızı Seyidova və 1973-cü il təvəllüdlü Nərgiz Mustafa qızı Sadıqova müxtəlif xəsarətlər alıblar.

Xəsarət alanlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

***

16:16

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az-ın xəbərinə görə, hadisə bu gün rayonun Elnur Hacıyev küçəsində qeydə alınıb. Belə ki, “VAZ 21012” markalı minik maşını ilə “QAZ 53”markalı yük maşını toqquşub.

İlkin məlumata görə, 4- 5 nəfər xəsarət alıb. Zərərçəkənlər Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır/apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026