• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ucarda zəncirvari yol qəzası - xəsarət alan var

HADİSƏ

21 Iyun 2021 | 22:10

Ucarda zəncirvari yol qəzası - xəsarət alan var

Ucarda xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün axsam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Şəki rayon sakini, 1986-cı il təvəllüdlü Kamran Xəlilovun idarə etdiyi "FORD" markalı maşın, Sabirabad rayon sakini, 1969-cu il təvəllüdlü Murad Abbasovun idarə etdiyi "Mercedes" markalı minik maşını ilə "UAZ" markalı maşın toqquşub.

Nəticədə Beyləqan rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Allahverdiyev aldığı xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026