• Bakı 17° C

    13.31 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Ukrayna Anna Semenoviçi qara siyahıya salıb

MƏDƏNİYYƏT

28 Sentyabr 2022 | 23:59

Ukrayna Anna Semenoviçi qara siyahıya salıb

Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi Ukrayna Təhlükəsizlik Xidmətinin təklifi ilə rusiyalı müğənni Anna Semenoviçin adını milli təhlükəsizliyə təhdid yaradan şəxslərin siyahısına daxil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müğənni siyahıda 158-ci yerdədir.

Anna Semenoviçə Ukraynaya giriş qadağan edilib. Buna səbəb onun müharibədə iştirak edən rusiyalı hərbçilərinə baş çəkməsi olub.

Qeyd edək ki, hazırda Ukrayna hökumətinin qara siyahısında 210 nəfər var. Onların arasında Oleq Qazmanov, Valeriya, Sergey Penkin, Alexander Rosenbaum, Yulia Çiçerina və digər rusiyalı sənətçilər də yer alıb. Ukrayna Mədəniyyət Nazirliyinin siyahını mütəmadi olaraq yeniləyir.


SON XƏBƏRLƏR

13 Sentyabr 2025