• Bakı 20° C

    1.96 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Ukrayna Buça ilə bağlı dünyaya müraciət edəcək

DÜNYA

07 Aprel 2022 | 10:28

Ukrayna Buça ilə bağlı dünyaya müraciət edəcək

Ukrayna Ali Radası növbəti plenar iclasında Buçada baş verən hadisələrin ukraynalıların soyqırımı kimi tanınması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət qəbul edəcək.

Bakıvaxtı.az “Strana”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Radanın vitse-spikeri Aleksandr Kornienko açıqlayıb.

“Hazırda az sayda ölkə və ölkə parlamentləri Rusiyanın Ukraynada törətdiklərini soyqırımı adlandırır”, - deyə Kornienko söyləyib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Buça şəhərini rusiyalı hərbçilərdən azad etdikdən sonra küçələrdə əlləri bağlı insan cəsədləri aşkarlanıb. Rusiya hərbi komandanlığı sözügedən şəhərdə ukraynalıların işgəncə, təcavüz və qətlə yetirilməsini “təxribat” adlandırıb. Rusiya tərəfi həmin cinayətləri neonasistlərin törətdiyini iddia edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026