• Bakı 11° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Baydendən Putinə 9 may "hədiyyə"si olacaq

DÜNYA

07 May 2022 | 08:42 | Müəllif: Subhan Mahmudov

Baydendən Putinə 9 may "hədiyyə"si olacaq

ABŞ prezidenti Co Bayden Ukrayna üçün "lend-liz" proqramını tətbiq etməyə icazə verən qanunu mayın 9-da təsdiq edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki bildirib.

"Prezident həmin gün (mayın 9-da - red.) "Lend-liz və Ukraynada demokratiyanın qorunması haqqında" qanunu imzalayacaq", - C. Psaki bildirib.

Xatırladaq ki, "Lend-Liz" və Ukraynada Demokratiyanın Müdafiəsi qanun layihəsi keçən ay ABŞ Konqresinin hər iki palatası tərəfindən qəbul edilib. Prosedura görə, ABŞ prezidentinin sənədi aldıqdan sonra öz imzası ilə təsdiqləmək üçün 60 gün vaxtı var.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026