• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

 Ukrayna ilə bağlı Sammit "ilin saxtakarlığı" adlandırıldı

DÜNYA

05 Iyun 2024 | 15:21 | Müəllif: Gülşən Şərif

Ukrayna ilə bağlı Sammit "ilin saxtakarlığı" adlandırıldı

İsveçrə mediası Ukrayna ilə bağlı Sülh Sammitini "ilin saxtakarlığı" adlandırıb.

Bakıvaxtı.az "Tages-Anzeiger" qəzetinə istinadən xəbər verir ki, bu, İsveçrənin milyonlarla oxucusu olan "20 Minuten" qəzetinin "Dünyanın sülh konfransı və ya ikiüzlülük – sual budur" başlıqlı məqaləsində yer alıb.

Məqalədə tənqidçilər Sülh Sammitini bahalı PR şousu adlandırıblar.

Bundan başqa, məqalədə ABŞ prezidenti Co Baydenin Sülh Sammitində iştirakdan imtina etməsinin səbəbi açıqlanıb. Bildirilib ki, Bayden Rusiyanın iştirakı olmadan keçirilən sammitin mənasız olduğunu düşünür.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026