Rusiya qış ayları ərzində Ukraynaya qarşı 34 mindən çox mərmi atıb.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski iddia edib.
O qeyd edib ki, təkcə qışın son həftəsində Rusiya Ukraynaya qarşı 1720-dən çox hücum dronundan, təxminən 1300 idarə olunan bombadan və 100-dən çox müxtəlif növ raketdən istifadə edib.
Dövlət başçısının sözlərinə görə, üç qış ayı ərzində Rusiya qüvvələri 14 min 670-dən çox idarə olunan bomba, 738 raket və təxminən 19 min Rusiya-İran dizaynlı “Şahed” tipli hücum dronundan istifadə edib. Eyni dronlar hazırda İran tərəfindən Yaxın Şərqdə istifadə edilir.
Ukrayna Prezidenti sonda bildirib ki, şərə qarşı dünyanın hər yerində mübarizə aparılmalıdır:
“ABŞ və onun tərəfdaşları kifayət qədər qətiyyət göstərdikdə, hətta ən qaniçən diktatorlar belə sonda cinayətlərinə görə məsuliyyət daşıyacaqlar".
Aydın Baxış
Bakı 




