"Ukrayna tərəfdaşlardan 600-ə yaxın silah növü alıb ki, bu da dünyada bir ordudan çoxdur".
Bakıvaxtı.az unian-a istinadla xəbər verir ki, bu barədə ABŞ Ordusunun Avropa və Afrikadakı komandanlığının sözçüsü polkovnik Martin O'Donnell deyib.
Onun sözlərinə görə, o silahlardan hələ istifadə olunmayıb.
"Təkcə ABŞ deyil, həm də beynəlxalq ictimaiyyət Ukraynaya "Abrams" tanklarından tutmuş "Leopard" tanklarına və "Patriot" sisteminə qədər təxminən 600 növ silah və texnika verdik. 600 növ. İndi hər şeyə sahibsiniz", - deyə O'Donnell qeyd edib.
O'Donnellin fikrincə, ukraynalılar rusları təəccübləndirə bilər. "Silahlı qüvvələrimizdə və istənilən silahlı qüvvələrdə etmək istədiyimiz şey düşməni təəccübləndirməkdir. Və məncə, ukraynalılar son bir neçə ayda üzərində işlədiklərini işə saldıqda ruslar təəccüblənəcəklər".
Amerikalə polkovnik onu da əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun nəticələrindən asılı olmayaraq, ABŞ Rusiya təcavüzünü dəf etmək üçün Ukraynaya müdafiə yardımını davam etdirəcək.
Murad Məmmədli
















