• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ukrayna və Türkiyə XİN başçıları müzakirə apardı

DÜNYA

02 Noyabr 2023 | 20:34 | Müəllif: Subhan Mahmudov

Ukrayna və Türkiyə XİN başçıları müzakirə apardı

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə D.Kuleba sosial şəbəkə səhifəsində məlumat yayıb.

“Berlində olarkən türkiyəli həmkarım Hakan Fidanla görüşdüm. Biz Qara dəniz regionunda təhlükəsizlik məslələri və Ukrayna taxılının dünya bazarlarına çıxarılmasını müzakirə etdik", - deyə ukraynalı nazir bildirib.

Nazirlər, həmçinin Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, bu gün Berlində Almaniya diplomatiyasının rəhbəri Annalena Barbokun təşəbbüsü ilə xarici işlər nazirlərinin görüşü keçirilir. Tədbirə potensial namizəd kimi Aİ ölkələrinin, namizəd ölkələrin, o cümlədən Ukraynanın, eləcə də Gürcüstanın Xarici İşlər nazirliklərinin rəhbərləri dəvət olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026