• Bakı 19° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Ukrayna vətəndaşlarını Gürcüstandan çıxarır

DÜNYA

24 Yanvar 2023 | 15:36

Ukrayna vətəndaşlarını Gürcüstandan çıxarır

Ukrayna səfirliyi ukraynalıların Gürcüstandan təxliyəsini istisna etmir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov “Evropeyskaya Pravda”ya açıqlamasında bildirib. Onun sözlərinə görə, Gürcüstan və Rusiya arasında birbaşa uçuşlar bərpa ediləcəyi və Rusiya Federasiyasından Gürcüstana kütləvi axın olacağı təqdirdə təhlükəsizlik məqsədilə ukraynalıların Gürcüstandan təxliyəsi istisna edilmir.

"Birbaşa hava əlaqəsi bərpa olunarsa və real təhlükəsizlik riskləri artarsa, səfirlik Ukrayna vətəndaşlarının Gürcüstan ərazisindən kütləvi təxliyəsinə köməklik məsələsini müzakirə etmək üçün beynəlxalq təşkilatlarla, beynəlxalq tərəfdaşlarla əlaqə saxlamağın mümkünlüyünü istisna etmir”, - deyə Kasyanov Ukrayna nəşrinə müsahibəsində bildirib.
 


SON XƏBƏRLƏR

18 Aprel 2024