• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

ABŞ-dan "casus şarı" paylaşımı: İki supergüc yenidən üz-üzə

DÜNYA

23 Fevral 2023 | 14:32

ABŞ-dan "casus şarı" paylaşımı: İki supergüc yenidən üz-üzə

ABŞ-da hərbi bölgələr üzərində uçduğu aşkarlanan və kəşfiyyat fəaliyyətinə göndərildiyi iddia edilən Çin 'casus şarı"nın vurulmazdan əvvəl ən aydın görüntüsü paylaşılıb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Pentaqonun paylaşdığı fotonu ABŞ Hərbi Hava Qüvvələrinin pilotu çəkib.

Fevralın əvvəlində ABŞ səmasında görünən müəmmalı obyekt ölkəni ayağa qaldırmışdı. ABŞ insanların UNO və gizli hərbi layihə kimi çoxsaylı nəzəriyyələr ortaya qoyduğu obyektin Çinə aid bir "casus şarı" olduğunu açıqlanıb.

ABŞ prezidenti Co Bayden "casus şarı"nı vurmaq əmrini versə də, lakin Pentaqonun mümkün mülki itkilər barədə xəbərdarlığından sonra bu əmrdən imtina edib.

Pekin hava şarının külək tərəfindən uçurulan mülki tədqiqat avadanlığı olduğunu iddia etsə də, vəziyyət münasibətləri onsuz da gərgin olan iki supergücü yenidən üz-üzə gətirib.

ABŞ dövlət katibi Entoni Blinken Çinə səfərini ləğv edib və fevralın 4-də hava şarının Baydenin göstərişi ilə vurulduğu açıqlanıb.

Beşinci nəsil ABŞ-a məxsus F-22 qırıcısı okeanın üzərindən hava şarını vurub. 14 metr dərinlikdə suya düşən şar və daşıdığı müşahidə cihazları araşdırma üçün Virciniya ştatında Federal Təhqiqatlar Bürosunun (FTB) laboratoriyasına aparılıb.

Çin ABŞ-ın mülki tədqiqat maşınlarını hədəf aldığını iddia edib və zərbəni kəskin şəkildə pislədiyini bildirib.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin direktoru, Vanq Yi ABŞ-ın bu hərəkətini isterik və absurd adlandıraraq deyib: “Bir çox ölkədə səmada çoxlu şar var. Onların hər birini bir-bir vuracaqsınız?”

İki ölkə arasında “şar” mübahisəsi davam edərkən, ABŞ Müdafiə Nazirliyi vurulan şarın ən aydın görüntüsünü dərc edib.

Bildirilib ki, dünya mətbuatında böyük əks-səda doğuran foto fevralın 3-də U-2 qırıcı təyyarəsinin kokpitindən çəkilib.

Yaxından çəkilmiş şəkildə pilotun dəbilqəsi və qırıcı təyyarənin qanadı əks olunub. Çinə aid olduğu iddia edilən Spy Balloon ilk dəfə ABŞ-ın Montana ştatında diqqət çəkib. Bununla bağlı müzakirələr davam edərkən hava şarı bir neçə ştatı keçərək Atlantik okeanına çatıb və orada ABŞ-ın F-22 qırıcısı tərəfindən vurulub.

Ay Tac


ABŞ-dan "casus şarı" paylaşımı: İki supergüc yenidən üz-üzə
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR