“Rusiyanın Voronej vilayətinə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində aviasiya texnikasının istehsalı ilə məşğul olan zavodun əsas istehsalat sahəsi sıradan çıxarılıb”.
Bakıvaxtı.az-ın “UNIAN“a istinadən xəbərinə görə, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəsmi nümayəndəsi Andrey Yusov məlumat verib.
Onun sözlərinə görə, müəssisənin istehsal gücünə əhəmiyyətli dərəcədə ziyan dəyib.
















