Ukraynada əlverişsiz hava şəraiti səbəbindən 10 nəfər ölüb, daha 23 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RBC-Ukraina" ölkənin daxili işlər naziri İqor Klimenkoya istinadən məlumat yayıb.
“Əlverişsiz hava şəraiti səbəbindən Odessa, Xarkov, Nikolayev vilayətləri və Kiyevdə 10 nəfər həlak olub. Daha 23 nəfər, eləcə də 2 uşaq xəsarət alıb”, - o bildirib.
Bildirilir ki, əlverişsiz hava şəraiti bir sıra magistral yollarda nəqliyyatın hərəkətinin məhdudlaşdılırmasına və ya tamamilə bağlanmasına səbəb olub.