• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazinin VƏKİLİ DANIŞDI

CƏMİYYƏT

18 Oktyabr 2022 | 09:35 | Müəllif: Qalib İbrahimoğlu

Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazinin VƏKİLİ DANIŞDI

"Bir il yeddi aydır Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı, Misir Qasımlının oktyabrın 19-20-də məhkəməsi olaca".

Bakıvaxtı.az xəbər verir ki, bunu Misir Qasımlının vəkili vəkili Aygül Rəfiyeva ”yeni gundem”ə deyib.

Onun sözlərinə görə, mayın 18-də seçilmiş həbs qəti imkan tədbirinin uzadılması ilə bağlı məsələyə baxılıb: "Kiyev Apellyasiya Məhkəməsi Misir Qasımlının və Sübhan Quliyevin həbsdə saxlanılmasının qanunsuz olduğunu təsdiqləyib. Bu barədə qərar verib.

Lakin buna baxmayaraq ondan sonrakı prosesdə birinci instansiya məhkəməsi, yəni Obuxov Rayon Məhkəməsi onları həbsdən azad etmədi".

Vəkil qeyd edib ki, növbəti məhkəmədə mahiyyəti üzrə işə baxılacaq: "Onların həbsdən azad olunma məsələsi yenidən qaldırılacaq. Ayın 20-də isə seçilmiş həbs qəti imkan tədbiri üzrə şikayətə baxılacaq”.

Qeyd edək ki, Ukraynada Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadov da məhkəmədə iştirak edib .O şəxsi zaminliyə götürülmə ilədə bağlı məsələ qaldırsa da, rədd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR