• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ukraynada oğurlanan azərbaycanlı iş adamı sərbəst buraxıldı

HADİSƏ

01 May 2025 | 21:20 | Müəllif: Subhan Mahmudov

Ukraynada oğurlanan azərbaycanlı iş adamı sərbəst buraxıldı

Ukraynanın Odessa şəhərində oğurlanan azərbaycanlı iş adamı, diaspor nümayəndəsi Vüqar Fərhad oğlu Osmanov bu gün sərbəst buraxılıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, həmyerlimiz bu gün axşam saatlarında onu aparan naməlum şəxslər tərəfindən sərbəst buraxılıb.

V.Osmanovun kimlər tərəfindən aparılıb sonradan buraxılması ilə bağlı dəqiq məlumat yoxdur.

Qeyd edək ki, aprelin 16-da V. Osmanov Odessada idman zalından çıxarkən naməlum şəxslər tərəfindən avtomobilə əyləşdirilərək məlum olmayan istiqamətə aparılıb. Ondan sonra Vüqarla heç bir əlaqə olmayıb. Yerli polis dərhal rəsmi axtarışa başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026